Demokratlar Trampın müharibə səlahiyyətlərini məhdudlaşdırmağa çalışır
Demokratlar Trampın müharibə səlahiyyətlərini məhdudlaşdırmaq üçün gündəlik səsvermə planını müzakirə edir
Araz News-un Axios-a istinadən verdiyi məlumata görə, ABŞ Konqresində bir qrup demokrat deputat İranla bağlı müharibə səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə hər gün səsvermə keçirilməsini nəzərdə tutan planı müzakirə edir.
Bu təşəbbüs demokratların müharibə səlahiyyətləri ilə bağlı qətnaməni qəbul etdirmək cəhdinin az fərqlə uğursuz olmasından sonra irəli sürülüb. Bəzi deputatlar bildirir ki, hətta bu cəhdlər nəticə verməsə belə, davamlı səsvermələr respublikaçılar üzərində siyasi təzyiqi artıra bilər.
Məlumata əsasən, plan hələ yekunlaşdırılmayıb, lakin demokratların bir hissəsi tərəfindən dəstəklənir və məqsəd qarşı tərəfi müharibə və onun nəticələri ilə bağlı davamlı mövqe bildirməyə məcbur etməkdir.