Trampın nümayəndəsi: İtaliya İranın yerinə Dünya Çempionatında çıxış etsin
Trampın xüsusi nümayəndəsi İranın 2026 Dünya Çempionatından kənarlaşdırılması və yerinə İtaliyanın daxil edilməsi təklifini ileri sürdü.
Trampın xüsusi nümayəndəsi Paolo Zampolli bu təklifi səsləndirib. Financial Times-ın məlumatına görə, bu ideya Tramp ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri çərçivəsində gündəmə gəlib və Zampolli bunu FIFA prezidenti Gianni Infantinoya təqdim edib.
Lakin FIFA prezidenti bu təklifi rədd edib və İran millisinin Dünya Çempionatında iştirak edəcəyini vurğulayıb.
Eyni zamanda, İranın oyunlarının Meksikaya köçürülməsi ilə bağlı bəzi iddialar da irəli sürülsə də, FIFA bunu da rədd edərək turnirin planlaşdırıldığı kimi ABŞ-da keçiriləcəyini bildirib.
Bu arada, İtaliya yığması pley-off mərhələsində məğlub olduqdan sonra Dünya Çempionatına vəsiqə qazana bilməyib və ardıcıl üçüncü dəfə bu turnirdən kənarda qalıb.