Meloni ABŞ qoşunlarının İtaliyadan çıxarılmasına qarşı çıxdı
İtaliyanın baş naziri Corciya Meloni ABŞ-ın bu ölkədəki hərbi mövcudluğunu azaltmaq ehtimalına qarşı olduğunu bildirib.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Meloni Avropa Siyasi Birliyinin İrəvanda keçirilən toplantısı çərçivəsində deyib: “Bu qərar mənə aid deyil, amma şəxsən bununla razı olmayacağam.”
Bu açıqlama ABŞ prezidenti Donald Trampın ötən həftə İtaliya və İspaniyadan qoşunların çıxarılmasının mümkün olduğunu deməsindən sonra səsləndirilib. ABŞ daha əvvəl Almaniyadakı hərbi qüvvələrini azaltmaq qərarı vermişdi.
Meloni həmçinin bildirib ki, yaxın günlərdə ABŞ dövlət katibi Marko Rubionun Romaya səfəri zamanı onunla görüşə bilər. Bu səfər çərçivəsində Rubio İtaliya rəsmiləri ilə görüşlər keçirəcək və Papa ilə də görüş planlaşdırılır.