Bu toplantı 18 may, bazar ertəsi Britaniya parlamentində İngiltərə İşçi Partiyasının deputatı Bambos Charalambous-un ev sahibliyi ilə keçirilib. Toplantının məqsədi İranın siyasi vəziyyətini müzakirə etmək və ölkənin gələcək yol xəritəsində müxtəlif millətlərin rolunu dəyərləndirmək olub.
Bu görüşdə İran coğrafiyasındakı müxtəlif millətlərin partiyalarını təmsil edən nümayəndələr iştirak edərək öz baxışlarını və fikirlərini bölüşüblər.
Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin də toplantının iştirakçıları arasında yer alıb.
Panel iştirakçıları daxili siyasi dəyişikliklər, demokratiyaya keçid, millətlərin və azlıqların hüquqları, eləcə də beynəlxalq ictimaiyyətin demokratik dəyişikliklərə dəstək rolu kimi mövzuları müzakirə edərək, daha inklüziv və dayanıqlı gələcək üçün müxtəlif toplumlar arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.