ABŞ ordusu uzaqmənzilli hücum qabiliyyətini gücləndirmək proqramı çərçivəsində yaxın illərdə minlərlə “Barracuda 500M” kruiz raketi almağı planlaşdırır. Analitiklər bunu Vaşinqtonun Hind-Sakit okean bölgəsində mümkün qarşıdurmaya hazırlığının bir hissəsi kimi qiymətləndirirlər.
Pentaqon “Anduril Industries” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, ildə azı 1000 ədəd “Barracuda 500M” kruiz raketi istehsal olunacaq. ABŞ ordusunun yaxın üç ildə 3 mindən çox bu tip raket təhvil alacağı gözlənilir.
Bu raketin mənzili 925 kilometrdən çoxdur, saatda təxminən 925 kilometr sürətlə hərəkət edir və uzaqmənzilli dəqiq zərbələr üçün hazırlanıb. Pentaqon bildirib ki, bu silahların sürətli və kütləvi istehsalı Çin kimi güclərlə rəqabətdə əsas prioritetlərdəndir.
Hesabata görə, İranla son müharibə də dəqiq və uzaqmənzilli raketlərin ABŞ hərbi strategiyasında əhəmiyyətini daha da önə çıxarıb.