Cey Di Vens bildirib ki, Vaşinqton və Tehran arasında 60 günlük atəşkəsin uzadılması, Hörmüz boğazının yenidən açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan memorandumun imzalanmasına çox az qalıb.
Vens tərəflərin danışıqlarda ciddi irəliləyiş əldə etdiyini, lakin bəzi detallar və razılaşmanın mətni ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını deyib.O əlavə edib ki, Donald Tramp memorandumun təsdiqlənməsi barədə yekun qərarını hələ verməyib.
Axios-un məlumatına görə, ABŞ və İran danışıqlarçıları ilkin çərçivə üzrə razılığa gəlsələr də,Tramp yekun qərarı açıqlamazdan əvvəl siyasi şəraiti və razılaşmanın icrasına dair təminatları bir neçə gün daha qiymətləndirmək istəyir.
Vens razılaşmanın əldə olunacağını qəti şəkildə söyləyə bilməyəcəyini vurğulasa da, danışıqların nəticəsi ilə bağlı nikbin olduğunu bildirib və deyib: “Hazırda danışıqların gedişi ilə bağlı hisslərim müsbətdir.”