Ermənistanda parlament seçkilərinə iki həftədən az vaxt qalmış ABŞ dövlət katibi Marko Rubio Nikol Paşinyana açıq dəstək verərək, İrəvanın Qərbə yaxınlaşma və Rusiyadan uzaqlaşma xəttini dəstəklədiyini göstərib.
ArazNews-un məlumatına görə, Rubio İrəvanda qısa dayanacağı zamanı Paşinyan hökumətini “daha parlaq və daha müstəqil gələcək vizyonuna sahib” kimi dəyərləndirib. Bu açıqlama Ermənistanın son illərdə Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokundakı aktiv rolunu dondurduğu və ABŞ-la Avropa ilə əlaqələrini genişləndirməyə çalışdığı bir dövrdə səslənib.
Eyni zamanda Kreml xəbərdarlıq edib ki, İrəvanın Moskvadan uzaqlaşması Rusiyanın enerji imtiyazlarının itirilməsi ilə nəticələnə bilər. Analitiklər bunu Moskvanın Güney Qafqazdakı ənənəvi nüfuzunu itirmək qorxusunun göstəricisi kimi qiymətləndirirlər.