Türkiyə və İtaliya hibrid texnologiyalı qabaqcıl qayıqların istehsalına başlayır

2 saat əvvəl 1 dəq oxu Editorial Board
 Türkiyə və İtaliya hibrid texnologiyalı qabaqcıl qayıqların istehsalına başlayır


Türkiyə və İtaliya yeni nəsil hibrid texnologiyalı dəniz qayıqlarının istehsalı üçün birgə layihəyə start verib.


ArazNews-un məlumatına görə, Türkiyə mediasına istinadən, layihə çərçivəsində İtaliyada fəaliyyət göstərən Piloda şirkəti istehsal və sistemlərin inteqrasiyası ilə məşğul olacaq. Türkiyənin Havelsan şirkəti isə komanda-idarəetmə sistemləri, avtomatik idarəetmə və sensor məlumatlarının inteqrasiyasını təmin edəcək. VN Maritime şirkəti isə platformanın dizaynı və qabaqcıl gövdə texnologiyasının inkişafına cavabdeh olacaq.


Məlumata əsasən, bu qayıqlar həm ekipajlı, həm pilotsuz, həm də hibrid formada istifadə oluna biləcək və dəniz nəzarəti, patrul, axtarış-xilasetmə, qüvvə və avadanlıq daşınması kimi müxtəlif missiyalarda tətbiq ediləcək.