CNN danışıqların çərşənbə günü keçiriləcəyini deyir, Tehran təkzib edir
CNN İran və ABŞ arasında ikinci raund danışıqların çərşənbə günü keçiriləcəyini iddia etsə də, İranın rəsmi mediası bu məlumatları rədd edib.
ArazNews-un məlumatına görə, CNN-in xəbərində ABŞ vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın nümayəndə heyətlərinə rəhbərlik edəcəyi bildirilib.
Buna qarşılıq, İran dövlət televiziyası qeyd edib ki, Tehrandan İslamabada heç bir nümayəndə heyəti göndərilməyib və bu barədə yayılan xəbərlər “həqiqəti əks etdirmir”.
İran rəsmiləri son günlərdə bildirib ki, danışıqların davamı ABŞ-ın mövqeyindən asılıdır və “təzyiq və təhdid altında aparılan danışıqları” qəbul etmirlər.
Bu ziddiyyətli açıqlamalar atəşkəsin taleyi və danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda səsləndirilib.