Axios-un yüksək vəzifəli amerikalı rəsmiyə və məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, İran rejimi razılaşmaya nail olmaq və savaşı bitirmək üçün yeni təklif təqdim etdi, lakin Ağ Ev bu təklifi “mənalı irəliləyiş” hesab etmədi və razılaşma üçün kifayətli saymadı.
Ağ Evdəki mənbələrin bildirdiyinə görə, Donald Tramp diplomatik həll yolunu dəstəkləməyə davam edir, amma eyni zamanda hərbi hücumların yenidən başlaması seçimi də masada qalır.
Mənbələrin sözlərinə görə, Vaşinqtonun tərəddüdünün əsas səbəbi Tehranin ABŞ-ın tələblərinin böyük hissəsini rədd etməsi və nüvə proqramı ilə bağlı ciddi güzəştlər verməkdən imtina etməsidir.