ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / İran ordusu ABŞ-ı təhdid etdi: Hücumlar yenidən başlasa, yeni cəbhələr açacağıq
İran

İran ordusu ABŞ-ı təhdid etdi: Hücumlar yenidən başlasa, yeni cəbhələr açacağıq

İran ordusu ABŞ-ı təhdid etdi: Hücumlar yenidən başlasa, yeni cəbhələr açacağıq


İran ordusu Trampın hərbi hücumun təxirə salınması ilə bağlı açıqlamasına reaksiya verərək, ABŞ hücumları yenidən başlatsa, Vaşinqtona qarşı yeni cəbhələr açacaqlarını bəyan edib.


ArazNews-un İSNA-ya istinadən verdiyi məlumata görə, İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib: “Əgər düşmən yenidən sionistlərin tələsinə düşəcək qədər ağılsız olub İrana qarşı yeni təcavüzə başlasa, ona qarşı yeni avadanlıqlar və yeni üsullarla yeni cəbhələr açacağıq.”


Bu açıqlama Trampın planlaşdırılmış çərşənbə axşamı hücumunu Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ liderlərinin istəyi ilə təxirə saldığını və razılaşma üçün qısa vaxt verdiyini bildirməsindən sonra səslənib.