İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bourd İslam Respublikasının rəsmilərinə İranın neft obyektlərinə zərbə endirilməsinin planlaşdırıldığını göstərən məlumatların çatdığını iddia edib.
"Mehr" agentliyinin xəbərinə görə, Bourd bildirib ki, bu addımlar neft obyektlərinə hərbi hücum, sanksiyaların sərtləşdirilməsi və ya dəniz blokadası formasında həyata keçirilə bilər.
O, bu məlumatların mənbəyi, belə addımları atacaq tərəf və ya onların ehtimal olunan vaxtı barədə təfərrüat açıqlamadan, bunu "düşmənin" planı adlandırıb.