ArazNews
Ana Səhifə / İran / Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə ödəmir
İran

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə ödəmir

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə ödəmir

Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb bacısının aylıq gəliri hətta ayın ilk 10 gününün xərclərini belə qarşılamır. Bu vəziyyət tibb işçilərinin üzərində maddi yükü kəskin şəkildə artırıb.

"Mehr" agentliyinin məlumatına görə, Şərifi tibb bacılarının tələblərinə etinasızlığı tənqid edərək deyib ki, müharibə, xəstəlik və ya enerji çatışmazlığı kimi böhranlarda tibb bacıları və tibb işçiləri iş yerində ilk gələn və son qalan qüvvələrdir.

O əlavə edib: "İdarələrin bağlı olduğu, insanların evdə qaldığı günlərdə tibb bacısı xəstəxanadadır. Biz 24 saat oyağıq, amma səsimiz eşidilmir."

Bu açıqlamalar İranda tibb işçilərinin gəliri ilə gündəlik yaşayış xərcləri arasındakı uçurumu bir daha önə çıxarır. Son illərdə bu problem tibb bacılarının etiraz və narazılığının əsas mövzularından birinə çevrilib.