ArazNews
Ana Səhifə / İran / Əhmədi-Müqəddəmin dövlət televiziyasında etirafı: «Hörmüz boğazını bağlamaqla nefti daha baha satdıq»
İran

Əhmədi-Müqəddəmin dövlət televiziyasında etirafı: «Hörmüz boğazını bağlamaqla nefti daha baha satdıq»

Əhmədi-Müqəddəmin dövlət televiziyasında etirafı: «Hörmüz boğazını bağlamaqla nefti daha baha satdıq»

Milli Müdafiə Ali Universitetinin rektoru İsmayıl Əhmədi-Müqəddəm dövlət televiziyasında çıxışı zamanı bildirib ki, Hörmüz boğazı yenidən bağlandıqdan sonra İran nefti daha yüksək qiymətə satılıb. Onun sözlərinə görə, 18 apreldən 15 iyunadək 45 gün ərzində neft satışı dayandırılıb.

O deyib ki, İslamabad razılaşmasından sonra təxminən 90 milyon barel neft mühasirədən çıxıb. Lakin bu həcmdə neftin qəfildən bazara çıxarılması səbəbindən alıcılar yalnız daha aşağı qiymət təklif edirdilər.

7 iyulda, Əli Xameneyinin dəfn mərasimi ilə eyni vaxtda Hörmüz boğazında üç neft tankeri hədəfə alınıb. Onlardan biri Qətərin maye qazını daşıyırdı, ən azı biri isə Səudiyyə Ərəbistanına məxsus idi. Qətər bu hücuma görə İslam Respublikasını məsuliyyətli sayıb.

Jurnalist Yaşar Soltani daha əvvəl bu hücumları sanksiyalar altında neft satışı şəbəkəsinin maraqları ilə əlaqələndirmişdi. Onun iddiasına görə, hücumun məqsədi məhz bu şəbəkəni qorumaq olub.