İran parlamentində Tehranı təmsil edən deputat Həmid Rəsai 5 mehr (27 sentyabr), bazar günü 10 ay həbs cəzasına məhkum edildiyini və hökmün icrası üçün bu gün özünü təqdim edəcəyini açıqlayıb. Onun sözlərinə görə, hökm dünən parlament sədrinin müavininin imzası ilə ona çatdırılıb.
Rəsai parlamentin virtual açıq iclasında Həsən Ruhani, Məsud Pezeşkian, Məhəmmədbağır Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibliyinin şikayəti əsasında bir sıra deputatlara qarşı iş açıldığından danışıb. O, həmçinin həbsxanaya getməmək üçün cəhd göstərdiyi barədə iddiaları təkzib edib və bu versiyanın yayılmasını Qalibafın media və seçki komandasının adına çıxıb.
Parlamentin hüquq şöbəsindəki bir mənbəyə istinadən yayılan açıqlamaya əsasən, Rəsainin həbs hökmü 1402-ci ildə (2023) "9 Dey" nəşrində "Qalibafın parlament sənədlərində dəyişiklik etməsi" adlı yazının dərc edilməsinə görə Qalibafın şikayəti ilə bağlıdır. Bu məlumata görə, Ruhanilər Xüsusi Məhkəməsi onu "yalan məlumat yaymaq" ittihamı ilə həbs cəzasına və təkzib dərc etməyə məhkum edib, lakin işin Qalibaf üçün "parlament diktatoru" ifadəsinin işlədilməsi ilə bağlı digər hissəsi üzrə bəraət hökmü çıxarıb.