Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.
AzərTAc-a istinadən Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu görüş Bakı-Vaşinqton münasibətlərinin 8 avqust Vaşinqton sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra yeni mərhələyə qədəm qoyduğu dövrdə baş verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, tərəflər rabitə, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə ümid bəsləyirlər.