ArazNews
Ana Səhifə / Xəbər / Pezeşkian: Milli Təhlükəsizlik Şurasında bütün hərbi komandirlər danışıqları dəstəkləyirdi
Xəbər

Pezeşkian: Milli Təhlükəsizlik Şurasında bütün hərbi komandirlər danışıqları dəstəkləyirdi

 Pezeşkian: Milli Təhlükəsizlik Şurasında bütün hərbi komandirlər danışıqları dəstəkləyirdi


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə danışıqlar barədə qərar Milli Təhlükəsizlik Şurasında tam yekdilliklə qəbul edilib və iclasda iştirak edən bütün üzvlər, o cümlədən silahlı qüvvələrin nümayəndələri bu qərarı dəstəkləyiblər.


Pezeşkian deyib ki, Milli Təhlükəsizlik Şurasının iclasında SEPAH, ordu və digər təhlükəsizlik və hərbi qurumların nümayəndələri iştirak edirdi və onların hamısı danışıqların aparılmasının zəruri olduğunu vurğulayıb. O əlavə edib: “Şüarlarla heç nə həll olunmur, əməl etmək lazımdır.”


İran prezidentinin bu açıqlaması Muctəba Xameneinin bir müddət əvvəl yaydığı bəyanatdan sonra səslənib. Xamenei həmin bəyanatda İran ilə ABŞ arasında imzalanan son memorandumla razı olmadığını, lakin Məsud Pezeşkian və Milli Təhlükəsizlik Şurasından təminat aldıqdan sonra onu qəbul etdiyini bildirmişdi. Bu mövqe mümkün nəticələrə görə məsuliyyətin hökumət və Milli Təhlükəsizlik Şurasının üzərinə qoyulması cəhdi kimi qiymətləndirilir.


Bundan əlavə, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü və Cəbhəye-Paydariyə yaxın simalardan olan Seyid Mahmud Nəbəviyan dövlət televiziyasının xəbər kanalında Muctəba Xameneiyə aid olduğunu iddia etdiyi məxfi mesajları oxuyaraq onun İran–ABŞ memorandumunun imzalanmasına qarşı olduğunu söyləyib.