ArazNews
Ana Səhifə / Xəbər / Traktor hazırlıq oyununda qalib gəldi
Xəbər

Traktor hazırlıq oyununda qalib gəldi

Traktor hazırlıq oyununda qalib gəldi

Traktor futbol komandası, mövsümöncəsi ilk hazırlıq oyununda Rəxş Azərbaycan komandasını 2-0 hesabı ilə məğlub etdi.

Klubun rəsmi açıqlamasına görə, qarşılaşma cümə günü saat 18:00-da Bünyan Dizel stadionunda oynanıldı. Məhəmməd Rəbieinin şagirdləri meydandan 2-0-lıq qələbə ilə ayrıldı.

Traktorun qollarını Milad Kər və Seyyidməhdi Hüseyni vurdu.

Baş məşqçi Məhəmməd Rəbiei, futbolçuları qiymətləndirmək məqsədilə son günlərdə komanda məşqlərinə qoşulan bəzi akademiya oyunçularına da bu oyunda meydana çıxmağa icazə verdi.