ArazNews
Ana Səhifə / Xəbər / Tay­maz Urmulu, Cənubi Azərbaycanlı siyasi fəal, vəfat etdi
Xəbər

Tay­maz Urmulu, Cənubi Azərbaycanlı siyasi fəal, vəfat etdi

Tay­maz Urmulu, Cənubi Azərbaycanlı siyasi fəal, vəfat etdi

Əsli Urmiyədən olan Taymaz Urmulu, Cənubi Azərbaycan məsələləri ilə bağlı siyasi, media və mədəni sahələrdə fəaliyyət göstərirdi. O, İran təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən təzyiq və təhdidlərdən sonra vətənini tərk etməyə məcbur qaldı və Türkiyədə mühacir həyatı yaşamağa başladı. Türkiyədə bir müddət qaldıqdan sonra son illərdə Amerika Birləşmiş Ştatlarında yaşayırdı.

Taymaz Urmulu «Qaraqaşqa» blogunun redaktoru idi və həmin blogda Azərbaycan və Urmiyanın müasir tarixi haqqında çoxsaylı məqalələr dərc edirdi. O həmçinin bir müddət Azərbaycan Milli Dirəniş Təşkilatının icraiyyə qoluna rəhbərlik etmiş, «Urmu İşçiləri» və «Azərbaycan İşçiləri» xəbər saytlarının müdürlüyünü də öz üzərinə götürmüşdü.

Onun seçilmiş yazılarından ibarət «Taymaz Urmulu Məqalələr Toplusu» kitabı 2018-ci ildə «Xəzər» dərnəyi tərəfindən və Dirəniş Təşkilatının dəstəyi ilə Ankara şəhərində işıq üzü görmüşdü.