ABŞ prezidenti Donald Trump, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Miamidə keçiriləcək G20 liderlər zirvəsinə dəvət edib.
ABŞ prezidenti Donald Trumpın Qazaxıstan və Özbəkistan prezidentlərini 2026-cı ildə Miamidə keçiriləcək G20 liderlər zirvəsinə dəvət etməsi, Vaşinqtonun Cənubi Qafqaz və Türküstan bölgələrinə yönəlik artan strateji marağının yeni bir göstəricisi kimi dəyərləndirilir.
Azərbaycan prezidenti İlham Əliyevin də bu zirvəyə dəvət edildiyinə dair xəbərlər isə Azərbaycan mənbələrində yer alır.
Bu dəvətlər yalnız diplomatik bir jest deyil, eyni zamanda ABŞ-ın Rusiyanın və Çinin təsirini balanslaşdırmağa yönəlik yeni regional strategiyasının bir hissəsi kimi görünür. Enerji qaynaqları, kritik minerallar, Xəzər tranzit nəqliyyat dəhlizləri və Cənubi Qafqazın geosiyasi əhəmiyyəti Vaşinqtonun bölgəyə verdiyi önəmi artırır.
Xüsusilə Azərbaycanın enerji dəhlizləri və "Orta Dəhliz" üzərindəki əsas mövqeyi, Qazaxıstanın təbii sərvətləri və Özbəkistanın regional ağırlığı nəzərə alındıqda, bu dəvətlərin simvolik olmaqdan çox strateji bir məna daşıdığı aydındır.