ArazNews
Ana Səhifə / Xəbər / Hakan Fidan: Avropanın müdafiə məhdudiyyətləri NATO-ya zərər verir
Xəbər

Hakan Fidan: Avropanın müdafiə məhdudiyyətləri NATO-ya zərər verir

Hakan Fidan: Avropanın müdafiə məhdudiyyətləri NATO-ya zərər verir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropada müdafiə sənayesi əməkdaşlığına qoyulan məhdudiyyətləri tənqid edərək bildirib ki, bu məhdudiyyətlər NATO-nun səmərəliliyini azaldır və ittifaq üçün «strateji zəif nöqtəyə» çevrilib.

Fidan NATO sammitinin Ankarada keçirilməsi münasibətilə X sosial şəbəkəsindəki paylaşımında vurğulayıb ki, bugünkü təhlükəsizlik təhdidləri keçmişə nisbətən daha sürətli və mürəkkəb xarakter alıb, bu təhdidlərə cavab vermək isə sənaye potensialının artırılmasını, əməliyyat hazırlığını və müttəfiqlər arasında səmərəli əməkdaşlığı tələb edir.

O, əlavə edib ki, müdafiə əməkdaşlığındakı mövcud məhdudiyyətlər NATO-nun reaksiya sürətini azaldır və Avropa müdafiə təşəbbüsləri Türkiyə daxil olmaqla bütün NATO üzvlərini tam şəkildə əhatə etməlidir.

Türkiyənin xarici işlər naziri həmçinin qeyd edib ki, Ankaranın məqsədi gələcəyin təhlükəsizlik çağırışları qarşısında daha ahəngdar, daha güclü və daha dayanıqlı bir NATO formalaşdırmaqdır.