ArazNews
Ana Səhifə / Xəbər / Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Xəbər

Abbas Əraqçi Türkiyəyə təşəkkür edib

 Abbas Əraqçi Türkiyəyə təşəkkür edib


Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Görüş zamanı Əraqçi ABŞ və İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.


Hakan Fidan əldə olunan razılaşmadan məmnunluğunu ifadə edərək, proseslə bağlı yekun danışıqların da müsbət nəticə ilə başa çatacağına ümid etdiyini bildirib.


Razılaşmanı pozmağa yönəlmiş addımlara qarşı diqqətli olmağın vacibliyini vurğulayan Hakan Fidan, Türkiyənin bölgədə sülh və sabitliyin gücləndirilməsi istiqamətində səylərini qətiyyətlə davam etdirəcəyini qeyd edib.