ABŞ Prezidenti Donald Tramp Fox News-a müsahibəsində bildirib ki, İran Vaşinqtonun şərtlərini qəbul etməklə “tarixin ən böyük razılaşmasına” nail ola bilər.
Tramp Tehran və Vaşinqton arasında davam edən danışıqlara və gərginliyə toxunaraq deyib ki, İran “ağ təslimiyyət bayrağını qaldıra” və ABŞ-la qarşıdurmanın başa çatdığını elan edə bilər.
ABŞ prezidenti həmçinin istehzalı tərzdə bildirib ki, İran təslim olsa belə, bəzi media qurumları bunu “İranın böyük qələbəsi” kimi təqdim edəcəklər.
Bu açıqlamalar ABŞ-a məxsus Apache helikopterinin Hörmüz boğazı sularında qəzaya uğramasından sonra İran və ABŞ arasında gərginliyin artdığı bir vaxtda səsləndirilib. Tramp daha əvvəl bu gecə də hücumların davam edəcəyini bildirmişdi.