İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran ərazisi yaxınlığında fəaliyyət göstərən xarici hərbi qüvvələr “həmişə təhlükə altındadır”. O,X sosial şəbəkəsində paylaşdığı mesajda xarici qüvvələri Hörmüz boğazını tərk etməyə çağırıb.
ArazNews-un məlumatına görə, Əraqçi iddia edib ki, Hörmüz boğazı beynəlxalq sular deyil və bu boğaz İranla Oman arasında ortaq su hövzəsi hesab olunur.
İranın xarici işlər naziri əlavə edib ki, Tehran öz mövqeyini ifadə etmək üçün “başqa dillərdə danışmağı da bacarır”.