Pakistanın baş naziri Şahbaz Şərif İran ilə ABŞ arasında əldə olunan razılaşmanı “sülhə doğru tarixi addım” kimi qiymətləndirib və son həftələr ərzində ölkəsinin iki tərəf arasında vasitəçilik rolunu vurğulayıb.
ArazNews-un məlumatına görə, Şərif Pakistan parlamentində çıxışı zamanı deyib: «Bu gün dünya sülhə doğru tarixi bir addımın şahidi oldu. Müharibənin qaranlığından sonra sülhün günəşi doğdu.»
Pakistanın baş naziri daha əvvəl Tehran və Vaşinqton arasında memorandumun 19 iyun 2026-cı il tarixində Cenevrədə imzalanmasının planlaşdırıldığını açıqlamışdı. Pakistan son aylarda müharibənin dayandırılması və gərginliyin azaldılması məqsədilə aparılan danışıqlarda İran və ABŞ arasında əsas vasitəçilərdən biri olub.