ArazNews
Ana Səhifə / Xəbər / Azərbaycan ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında birbaşa uçuşlar üçün tarixi addım
Xəbər

Azərbaycan ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında birbaşa uçuşlar üçün tarixi addım

Azərbaycan ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında birbaşa uçuşlar üçün tarixi addım


Quzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Bakı ilə Lefkoşa arasında birbaşa uçuşların açılması prosesinin son mərhələyə çatdığını açıqlayıb.


ArazNews-un məlumatına görə, Ünal Üstel Bakıda keçirilən “Quzey Kıbrıs Türk Cümhuriyyəti Mədəniyyət Günləri” çərçivəsində bildirib ki, tərəflər arasında çarter reyslərinin başlanması prosesi həlledici mərhələyə daxil olub və əməkdaşlıq sənədləri imzalandıqdan sonra uçuşlar yaxın zamanda həyata keçiriləcək.


O vurğulayıb ki, bu hava marşrutunun açılması turizm, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığın genişlənməsinə imkan verəcək, eyni zamanda Azərbaycan Respublikası ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı əlaqələri daha da gücləndirəcək.


Quzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Bakı, Ankara və Lefkoşa arasındakı münasibətləri “Bir millət, üç dövlət” şüarı çərçivəsində dəyərləndirib və bunu Türk dünyasının həmrəyliyinin nümunəsi adlandırıb.


Mütəxəssislərin fikrincə, Bakı ilə Lefkoşa arasında birbaşa uçuşların başlanması iqtisadi və turizm əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, siyasi və simvolik baxımdan da Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır.