BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İran İslam Respublikası 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik” ittihamları ilə azı 40 nəfəri edam edib və onlardan 18-i etirazçı olub.
ArazNews-un məlumatına görə, Türk BMT İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı deyib ki, İran xalqı müharibə ilə ağır repressiyalar arasında qalıb. O, son aylarda təhlükəsizlik və siyasi təzyiqlərin artmasından narahatlığını ifadə edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı həmçinin İran və ABŞ arasında sülh prosesinin irəlilədilməsi məqsədilə elan olunan razılaşmanı alqışlayıb və bütün tərəfləri onun sürətli və səmimi şəkildə həyata keçirilməsinə çağırıb.