ArazNews
Ana Səhifə / İran / Rubio İrana xəbərdarlıq etdi: razılaşma olmazsa, ABŞ başqa yola əl atacaq
İran

Rubio İrana xəbərdarlıq etdi: razılaşma olmazsa, ABŞ başqa yola əl atacaq

Rubio İrana xəbərdarlıq etdi: razılaşma olmazsa, ABŞ başqa yola əl atacaq


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranla diplomatik həllə fürsət verməyə hazırdır, amma razılaşma əldə olunmasa, ABŞ başqa variant seçəcək.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Rubio deyib ki, ABŞ ya İran rejimi ilə “yaxşı razılaşma” əldə edəcək, ya da “başqa cür” hərəkət edəcək.


O əlavə edib ki, Hörmüz boğazının açılması və nüvə dosyesi ilə bağlı məhdud danışıqlar üçün ciddi çərçivə formalaşıb, amma Vaşinqton bu prosesdə tələsmək niyyətində deyil.


Amerika mənbələri eyni zamanda Tehranın ümumi şəkildə Hörmüz boğazının açılmasına və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyinin müəyyənləşdirilməsinə razılaşdığını iddia edib. İran tərəfi isə bu məlumatı hələ təsdiqləməyib.


Məlumatlara görə, sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin azad olunması və nüvə proqramı ilə bağlı fikir ayrılıqları razılaşmanın qarşısındakı əsas maneələr olaraq qalır.