Müdafiə üzrə bir ekspert bildirib ki, son hücumlar İran rejiminin qabaqcıl raket istehsalı imkanlarına ciddi zərbə vurub və bu qabiliyyətin qısa müddətdə bərpası real görünmür.
ArazNews-un Fox News-a istinadən verdiyi məlumata görə, müdafiə sənayesi eksperti Kameron Çell iddia edib ki, İran hazırda dəqiq raketlər, kruiz raketləri və hipersəs raketlərinin istehsalını bərpa etmək gücündə deyil və istehsal bərpa olunsa belə, yeni silahların keyfiyyəti daha aşağı olacaq.
O əlavə edib ki, İran rejimi qısa müddətdə yalnız “Şahid” kimi daha sadə pilotsuz aparatları kütləvi şəkildə istehsal edə bilər.
Bu qiymətləndirmə İranın hərbi imkanlarının daha sürətli bərpa olunduğunu göstərən bəzi ABŞ kəşfiyyat hesabatları ilə ziddiyyət təşkil edir. Ağ Ev də İranın hərbi infrastrukturunun sürətlə bərpası ilə bağlı xəbərləri rədd edib.