Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / Xəbər / Sepah İraq sərhədi yaxınlığında ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi qruplara hücum etdiyini açıqladı
Xəbər

Sepah İraq sərhədi yaxınlığında ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi qruplara hücum etdiyini açıqladı

Sepah İraq sərhədi yaxınlığında ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi qruplara hücum etdiyini açıqladı


İran İnqilab Keşikçiləri Korpusu ölkənin Kürdüstan vilayətində, İraq sərhədi yaxınlığında ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi qrupları hədəf aldığını açıqlayıb.


Araz News-un İSNA-ya istinadən verdiyi məlumata görə, Sepah bu qrupların Şimali İraqdan “ABŞ və İsrail adından” İran daxilinə Amerika istehsalı silah və sursat keçirməyə çalışdığını iddia edib.


Sepah əməliyyatın Kürdüstan vilayətinin Bane bölgəsində keçirildiyini bildirib. Hadisədə ölən və yaralananlar, eləcə də hədəfə alınan şəxslərin kimliyi barədə əlavə məlumat açıqlanmayıb.