ArazNews
Ana Səhifə / İran / İsrailli analitik: Tramp İranla savaşın yenidən başlamasına yaxınlaşır
İran

İsrailli analitik: Tramp İranla savaşın yenidən başlamasına yaxınlaşır

 İsrailli analitik: Tramp İranla savaşın yenidən başlamasına yaxınlaşır


İsrail Hayom-un təhlükəsizlik analitiki Yoav Limor yazıb ki, bütün əlamətlər Donald Trampın İranla savaşın yenidən başlanmasına doğru getdiyini göstərir; çünki onun baxışına görə Tehran danışıqlar masasında geri addım atmır.

ArazNews-un məlumatına görə, müəllif Trampın üç əsas səbəbə görə ciddi narazı olduğunu yazır. Birincisi, hücumlara və verilən zərərlərə baxmayaraq İranın özünü məğlub kimi göstərməməsi. İkincisi, İran böhranının gözlənildiyinin əksinə olaraq Trampı hələ də məşğul saxlaması və ABŞ-ın daxili siyasi-iqtisadi prioritetlərinə fokuslanmasına mane olması. Üçüncüsü isə, yeni savaş başlayarsa Vaşinqtonun sürətli və qəti qələbə qazanacağına heç bir zəmanətin olmaması və uzunmüddətli savaş riskinin yüksək qalmasıdır.


Təhlilə görə, Tramp və İsrail baxımından yalnız nüvə təhdidinin tam aradan qaldırılması və Hörmüz boğazının açılması qələbə sayıla bilər. Əks halda İran bunu strateji sağqalım və qələbə kimi təqdim edəcək.


Müəllif həmçinin iddia edir ki, Benyamin Netanyahu da daxili siyasi böhran fonunda böyük təhlükəsizlik uğuruna ehtiyac duyur və bu da gərginliyin yenidən artırılması qərarını sürətləndirə bilər.