ArazNews
Ana Səhifə / İran / Pakistan ordusunun komandanı Asim Munirlə Abbas Eraqçi Tehranda gecəyarısına qədər görüşdü
İran

Pakistan ordusunun komandanı Asim Munirlə Abbas Eraqçi Tehranda gecəyarısına qədər görüşdü

 Pakistan ordusunun komandanı Asim Munirlə Abbas Eraqçi Tehranda gecəyarısına qədər görüşdü


Pakistan ordusunun feldmarşalı Asim Munirlə İran rejiminin xarici işlər naziri Abbas Eraqçi arasında Tehranda keçirilən gecə görüşü gec saatlara qədər davam edib. Görüş 1 iyun axşamı İslamabadın vasitəçilik təşəbbüsü çərçivəsində baş tutub.


ArazNews-un məlumatına görə, danışıqların əsas mövzusu “gərginliyin artmasının qarşısının alınması, savaşın bitirilməsi” və Batı Asiyada sabitliyin gücləndirilməsi olub. Görüşlə bağlı əlavə detallar açıqlanmayıb.


ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Vaşinqtonla Tehran arasında danışıqlarda irəliləyiş olduğunu bildirmiş, lakin yekun razılaşmanın hələ əldə olunmadığını demişdi.