İran rejiminin xarici işlər naziri Abbas Eraqçi BMT baş katibi Antonio Quterreşlə danışığında ABŞ-ı danışıqlarda “ifrat tələblər” irəli sürmək və ziddiyyətli mövqe sərgiləməkdə ittiham edib.
ArazNews-un məlumatına görə, İran mediası Eraqçinin Quterreşə dediyini yazıb ki, İran rejimi “diplomatiyaya xəyanət” və hərbi təzyiqlərə baxmayaraq, danışıqlar prosesində qalmağa davam edir.
Bu açıqlamalar Ağ Evin İranə qarşı yeni hücum variantlarını dəyərləndirdiyi, lakin yekun qərarın hələ verilmədiyi bir vaxtda səslənib.
Son həftələrdə Tehranla Vaşinqton arasında aparılan danışıqlarda bəzi fikir ayrılıqları azalsa da, hələ yekun razılaşma əldə olunmayıb və Hörmüz boğazının tam açılması məsələsi də həllini tapmayıb.