Almaniya kansleri İsrailin Livandakı müharibəsi ilə bağlı xəbərdarlıq etdi

5 saat əvvəl 1 dəq oxu Editorial Board
 Almaniya kansleri İsrailin Livandakı müharibəsi ilə bağlı xəbərdarlıq etdi


Almaniyanın kansleri Fridrix Merts bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatlarının davam etməsi ABŞ ilə İran arasında sülh danışıqlarını təhlükəyə ata bilər.


ArazNews-un məlumatına görə, Merts Livanın güneyindəki vəziyyətdən narahatlığını ifadə edərək deyib ki, İsrailin hücumlarının şiddəti ümumi sülh prosesinin iflasına səbəb ola bilər və buna imkan verilməməlidir.


O, həmçinin Almaniyanın Tehranla danışıqları yenidən başlatdığını bildirib və vurğulayıb ki, bu proses ABŞ və Avropa tərəfdaşları ilə koordinasiya şəraitində həyata keçirilir. Mertsin sözlərinə görə, bu addım İran ilə ABŞ arasında əldə olunan kövrək atəşkəsdən sonra mümkün olub.


Almaniya kansleri əlavə edib ki, İran ilə ABŞ arasında müharibə NATO daxilində parçalanmaya səbəb olmamalıdır və Donald Trampla apardığı danışıqda İranla müzakirələrin sürətləndirilməsini istəyib.