ArazNews
Ana Səhifə / Xəbər / Ağ Ev: İranla razılaşma üçün daha bir neçə gün lazım ola bilər
Xəbər

Ağ Ev: İranla razılaşma üçün daha bir neçə gün lazım ola bilər

 Ağ Ev: İranla razılaşma üçün daha bir neçə gün lazım ola bilər


Yüksəkvəzifəli amerikalı rəsmi bildirib ki, Ağ Ev İran rejimi ilə savaşın bitməsi üçün razılaşmanın bazar günü yekunlaşacağını gözləmir və son təsdiqin İran rəhbərliyi, o cümlədən Müctəba Xamenei tərəfindən verilməsi bir neçə gün çəkə bilər.


ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, ABŞ rəsmisi Vaşinqtonun yaxın günlərdə razılaşmaya nail olunacağına nikbin yanaşdığını, amma danışıqların hələ yekunlaşmadığını və uğursuzluq ehtimalının qalmaqda davam etdiyini deyib.


Məlumata görə, mümkün razılaşma savaşın yenidən genişlənməsinin qarşısını ala və qlobal neft bazarındakı təzyiqi azalda bilər. Lakin bu razılaşmanın Donald Trampın nüvə ilə bağlı tələblərini əhatə edən uzunmüddətli anlaşmaya çevrilib-çevrilməyəcəyi hələ bəlli deyil.


Donald Tramp da Truth Social-da yazıb ki, nümayəndələrinə razılaşma üçün tələsməməyi tapşırıb və bildirib: “Hər iki tərəf işin düzgün görülməsi üçün kifayət qədər vaxt ayırmalıdır.”