ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / New York Times: Əhmədinejadın İran rejim dəyişikliyi planında nəzərdə tutulduğu iddia olunur
İran

New York Times: Əhmədinejadın İran rejim dəyişikliyi planında nəzərdə tutulduğu iddia olunur

New York Times: Əhmədinejadın İran rejim dəyişikliyi planında nəzərdə tutulduğu iddia olunur


New York Times iddia edib ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailin İranda rejim dəyişikliyi planının bir hissəsi olub və müharibə başladıqdan, İran rəhbərliyi aradan götürüldükdən sonra hakimiyyətə qaytarılması nəzərdə tutulub.

ArazNews-un New York Times-a istinadən verdiyi məlumata görə, qəzet amerikalı rəsmilərə istinadla yazıb ki, müharibənin ilk günlərində Əhmədinejadın yaşadığı yerə edilən hava hücumu onu “ev dustaqlığından azad etmək” məqsədi daşıyıb və bu ssenarinin tərkib hissəsi olub.


Məlumata görə, İsrail tərəfindən təklif edildiyi və ABŞ administrasiyası tərəfindən təsdiqləndiyi iddia olunan planda, Əhmədinejadın müharibənin başlamasından bir neçə gün sonra və Əli Xameneinin öldürülməsindən sonra yeni hakimiyyət strukturuna rəhbərlik etməsi nəzərdə tutulub. Qəzet həmçinin iddia edir ki, Əhmədinejad bu ssenari barədə əvvəlcədən məlumatlandırılıb.


New York Times bu seçimi Əhmədinejadın ABŞ və İsrail əleyhinə əvvəlki mövqelərini nəzərə alaraq “qeyri-adi” adlandırıb və planın tezliklə uğursuzluğa düçar olduğunu, çünki onun Tehrandakı iqamətgahına edilən hava hücumunda yaralandığını yazıb.


Qəzet yazır ki, həmin hücumdan sonra Əhmədinejadın harada olduğu və hazırkı vəziyyəti məlum deyil.