Trampın İran rejiminə qarşı planlaşdırılmış hücumu təxirə saldığını açıqlamasından bir gün sonra Qətər bildirib ki, Pakistanın vasitəçiliyi ilə davam edən Vaşinqton-Tehran danışıqları razılaşmaya çatmaq üçün daha çox vaxt tələb edir.
ArazNews-un AFP-yə istinadən verdiyi məlumata görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari mətbuat konfransında bildirib ki, Doha Pakistanın tərəfləri bir araya gətirmək və həll yolu tapmaq istiqamətindəki ciddi diplomatik səylərini dəstəkləyir və bu prosesin daha çox zamana ehtiyacı olduğunu düşünür.
O həmçinin bildirib ki, Qətər bölgə xalqlarını mümkün gərginlik artımının nəticələrindən qorumaq istəyir.
Əl-Ənsari Qətərin razılaşma ilə bağlı nikbin və ya bədbin olub-olmaması barədə fikir bildirməkdən imtina edib və Trampın danışıqlarla bağlı açıqlamalarına da əlavə şərh verməyib.