İslam Respublikasının parlamenti «xarici nüfuza qarşı mübarizə» adlanan layihənin müzakirəsini davam etdirərək yeni müddəa təsdiqləyib. Bu müddəaya əsasən, digər ölkələrin daimi yaşayış icazəsinə malik İran vətəndaşları həssas iş yerlərində və vəzifələrdə çalışmaqdan məhrum ediləcəklər.
İran parlamentinin deputatları noyabrın 25-də, çərşənbə günü vebinar formatında keçirilən açıq iclasda layihənin 16-cı maddəsini qəbul ediblər. Bu maddəyə əsasən, digər ölkələrdən və ya İsraildən istənilən növ daimi yaşayış icazəsi almağa cəhd edən hər bir İran vətəndaşı bütün həssas vəzifələrdə işləmək və işə götürülmək hüququndan məhrum olacaq.
Qəbul edilən qərara əsasən, qanun təsdiqlənən zaman belə vəzifələrdə çalışan şəxslərin fəaliyyəti dayandırılacaq. Həmin şəxslərin öz vəzifələrinə qayıtmaq üçün daimi yaşayış icazəsinin birdəfəlik ləğv edildiyini göstərən və Xarici İşlər Nazirliyinin təsdiqlədiyi sənədi təqdim etməyə bir il vaxtı olacaq.