Tehranda ikisaatlıq elektrik kəsintiləri başlayıb. Daxili media cümə günü, noyabrın 20-də paytaxtda elektrik kəsintiləri cədvəlinin yayımlandığını xəbər verib. Bu cədvəlin adı «kəsinti» deyil, o, «enerji idarəetməsi» adı altında yayımlanıb.
Bəzi media orqanlarının yazdığına görə, bu cədvəl Farabi və Xəzanə də daxil olmaqla bir sıra ərazilərin abunəçiləri üçün qüvvəyə minib. Həmin məhəllələrdə elektrik enerjisi müəyyən edilmiş növbələrlə iki saat kəsilir.
Paytaxtda elektrik kəsintiləri ABŞ və İsrailin İslam Respublikası ilə müharibəsinin davam etdiyi günlərdə elan olunub. Həmin gün daxili media Qeşmdə partlayış səslərinin eşidildiyini və səmanın işıqlandığını xəbər verib, hökumətə məxsus xəbər agentliklərindən biri isə ABŞ raketinin şəhərin kənarına düşdüyünü iddia edib.