cümə axşamı, 26 noyabr 2026
İran

İranın sərbəst bazarında dollar 295 min tüməni keçib; Mərkəzi Bankın sədri: Valyuta bazarında nisbi sabitlik var

İranın sərbəst bazarında dollar 295 min tüməni keçib; Mərkəzi Bankın sədri: Valyuta bazarında nisbi sabitlik var

İranın sərbəst bazarında xarici valyutaların qiyməti artmaqda davam edir. ABŞ dolları noyabrın 26-da, cümə axşamı 295 min tümən həddini keçərək indiyədək görünməmiş səviyyəyə çatıb. Eyni zamanda avro 324 min tüməni, Britaniya funt sterlinqi isə 387 min tüməni ötüb.

Bununla yanaşı, 1 Türkiyə lirəsinin qiyməti də 5 min 800 tüməni keçib.

Qiymətlər İslam Respublikası Mərkəzi Bankının sədri Əbdülnasir Həmmətinin açıqlamasına baxmayaraq artmaqda davam edir. Həmməti noyabrın 25-də, çərşənbə günü, dollar 290 min tüməni keçən vaxt, son iki ayda Mərkəzi Bankın tədbirləri və müdaxilələri sayəsində valyuta bazarında nisbi sabitliyin olduğunu iddia etmişdi.

Həmməti valyuta məzənnəsinin artmasına münasibət bildirərkən ABŞ-ın İranın Valyuta və Qızıl Mübadiləsi Mərkəzinə sanksiya tətbiq etməsini və lisenziyasız kriptovalyuta birjalarında tetherin (USDT) məzənnəsinin qalxmasını valyuta bazarının vəziyyətinə təsir edən amillər kimi göstərib.

Bu xəbəri paylaşın