İranın mənzil bazarı nadir rast gəlinən böhranla üz-üzədir. Statistika göstərir ki, İran təqvimi ilə 1404-cü ildə yeni binaların sayı son 36 ilin ən aşağı səviyyəsinə düşüb.
"Zooman" mediasının xəbərinə görə, Mərkəzi Bankın məlumatları əsasında, tikintisinə başlanılan binaların sayı 1403-cü ildəki təxminən 138 min binadan 1404-cü ildə 85 min binaya enib. Bu, təxminən 40 faizlik azalma deməkdir.
Eyni zamanda, özəl sektorun tikintiyə yatırdığı investisiyalar da 18 faiz azalıb. Tikinti fəaliyyətindəki enmənin miqyasının son qırx ildə misli görünmədiyi bildirilir.
Bu göstəricilər İranda mənzil bazarındakı durğunluğun dərinləşdiyini göstərir. İqtisadi təzyiqlər və müharibənin fəsadları ilə yanaşı, bu böhran vətəndaşların ev sahibi olmaq perspektivini daha da qaranlıqlaşdırıb.