İsraildə Birgə Ərəb Siyahısı «Yaşar» partiyasının lideri Qadi Ayzenkotun baş nazir postuna və gələcək hökuməti qurmağa namizədliyini dəstəklədiyini açıqlayıb. Bu qərarla 120 yerlik Knessetdə Ayzenkotu dəstəkləyənlərin sayı 67 deputata çatıb. Benyamin Netanyahunun tərəfdarları isə 46 nəfərdir.
Reuters və The Times of Israel-in xəbərinə görə, 11 mandatlı bu ittifaq noyabrın 5-də, cümə axşamı Ayzenkotun adını İsrail Prezidenti İsaak Hersoqa təqdim edəcəyini bəyan edib. Bütün üzv partiyaların razılığı ilə qəbul edilən bu qərarın məqsədinin Netanyahunun hakimiyyətə qayıdışının qarşısını almaq olduğu bildirilib. Mənsur Abbasın rəhbərlik etdiyi, səkkiz mandata malik «Raam» ərəb partiyası da daha əvvəl Ayzenkotu dəstəklədiyini açıqlamışdı.
Ayzenkotun namizədliyinin dəstəklənməsi bu partiyaların gələcək hökumətdə mütləq iştirak edəcəyi anlamına gəlmir. Müxalifət partiyaları arasındakı fikir ayrılıqları da hələ də koalisiyanın qurulmasına mane ola bilər. Hersoq məsləhətləşmələr başa çatdıqdan sonra namizədlərdən birinə kabinetin formalaşdırılmasını tapşıracaq.