Mossadın qlobal əməliyyatlar üzrə sabiq direktor müavini Oded Ailam bildirib ki, İsrail 2024-cü ildə Hizbullahın rabitə cihazlarının partladılmasına bənzər gözlənilməz əməliyyatla İslam Respublikasının yüksək rütbəli hərbi komandirlərini hədəfə ala bilər.
"New York Post" qəzetinin məlumatına görə, Ailam vurğulayıb ki, qəfil və gözlənilməz əməliyyatlar İsrailin kəşfiyyat strategiyasının əsas sütunlarındandır və Təl-Əvivin hələ də məxfi variantları var.
O, Əhməd Vahidi, Hüseyn Taib, Əli Abdullahi və Möhsün Rzaini İslam Respublikasında hərbi və təhlükəsizlik hakimiyyətinin dörd əsas siması kimi təqdim edib.
Mossadın sabiq rəsmisi həmçinin iddia edib ki, Müctəba Xameneyi, Məsud Pezeşkiyan, Abbas Əraqçi və Məhəmmədbağır Qalibaf real qərarvermə səlahiyyətinə malik deyillər, hakimiyyətin idarəsi isə faktiki olaraq hərbi komandirlərin əlindədir.