cümə axşamı, 5 noyabr 2026
Bölgə

Vilayəti «ayağını sındırmaq»dan danışıb: İslam Respublikası Tramp marşrutu ilə bağlı Ermənistanı hədələyib

Vilayəti «ayağını sındırmaq»dan danışıb: İslam Respublikası Tramp marşrutu ilə bağlı Ermənistanı hədələyib

İslam Respublikası «TRIPP» tranzit marşrutu ilə bağlı Ermənistanı yenidən hədələyib. İslam Respublikası rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu marşrutu yenə də Tehranın «qırmızı xətti» adlandırıb.

Vilayəti daha sonra xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Tramp və onun müttəfiqləri bu qırmızı xətti keçmək istəsələr, İslam Respublikası «onların ayağını sındıracaq».

«Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun qısaltması olan «TRIPP» barədə 2025-ci ilin avqustunda Vaşinqtonun vasitəçiliyi ilə Bakı və İrəvan arasında razılıq əldə olunub. Ermənistanın Sünik vilayətindən keçən bu marşrut Azərbaycan Respublikasının əsas ərazisini Naxçıvanla birləşdirir və Bakıda Zəngəzur dəhlizi adı ilə tanınır. Tehran əvvəldən bu layihəyə qarşı çıxıb.

Bu xəbəri paylaşın