ArazNews
Ana Səhifə / Xəbər / Bakıda «Güney Azərbaycanda ana dili və milli mübarizə» mövzusunda oturum keçirilib
Xəbər

Bakıda «Güney Azərbaycanda ana dili və milli mübarizə» mövzusunda oturum keçirilib

Bakıda «Güney Azərbaycanda ana dili və milli mübarizə» mövzusunda oturum keçirilib

Araz News — 31 oktyabr 2026-cı ildə Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə «Güney Azərbaycanda ana dili və milli mübarizə» mövzusunda oturum keçirilib. Tədbirin nəticəsində «Bütöv Azərbaycan Koordinasiya Mərkəzi»nin yaradılması qərarı alınıb.

BAO-nun mətbuat xidmətinin məlumatına görə, təşkilatın ofisində keçirilən tədbirdə Güney Azərbaycanda ana dili uğrunda mübarizə, milli kimliyin qorunması, mədəni və siyasi hüquqlar, eləcə də qarşıda duran vəzifələr müzakirə olunub.

İştirakçılar ana dilinin qorunmasının ümummilli əhəmiyyət daşıdığını vurğulayıb, gələcək fəaliyyətlə bağlı təkliflər irəli sürüblər. Açıqlamada bildirilib ki, yaradılması razılaşdırılan koordinasiya mərkəzi birlik və bütövlük məfkurəsinin gerçək layihələrə çevrilməsinə və fəaliyyətlərin vahid mərkəzdə əlaqələndirilməsinə xidmət edəcək.

Tədbirin yekun sənədləri olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT), Türk Dövlətləri Təşkilatına (TDT) və Güney Azərbaycan təşkilatlarına müraciətlər göndəriləcək.