ArazNews
Ana Səhifə / Xəbər / Tehranın vasitəçilik təklifi cavabsız qalıb; Araqçi Misirin Yəmən müharibəsinə qoşulması ilə bağlı xəbərdarlıq edib
Xəbər

Tehranın vasitəçilik təklifi cavabsız qalıb; Araqçi Misirin Yəmən müharibəsinə qoşulması ilə bağlı xəbərdarlıq edib

Tehranın vasitəçilik təklifi cavabsız qalıb; Araqçi Misirin Yəmən müharibəsinə qoşulması ilə bağlı xəbərdarlıq edib

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi açıqlayıb ki, Səudiyyə Ərəbistanı və Yəmənin husiləri Tehranın iki tərəf arasında vasitəçilik edərək toqquşmalara son qoymaq təklifinə indiyədək cavab verməyiblər.

Araz News-un məlumatına görə, Araqçi İraqın "əl-İxbariyyə" telekanalına müsahibəsində deyib ki, İranın vasitəçilik təklifi husilərin Səudiyyə Ərəbistanına hücumlarının artmasından sonra irəli sürülüb, lakin hələ heç bir tərəfdən cavab alınmayıb.

O, Misirin husilərə qarşı müharibəyə qoşulması ehtimalı ilə bağlı xəbərdarlıq edərək, istənilən xarici müdaxilənin vəziyyəti daha da mürəkkəbləşdirəcəyini deyib. Araqçi həmçinin iddia edib ki, Qahirə daha əvvəl Tehrana Yəmən müharibəsinə birbaşa qoşulmayacağına dair zəmanət verib.

Bu açıqlamalar Misirin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin qorunmasına dəstək verməyə hazır olduğunu bildirdiyi bir vaxtda səsləndirilib.