ArazNews
Ana Səhifə / Azərbaycan / Tehran–İstanbul reysini yerinə yetirən 116 sərnişinli təyyarə Təbrizdə məcburi eniş edib
Azərbaycan

Tehran–İstanbul reysini yerinə yetirən 116 sərnişinli təyyarə Təbrizdə məcburi eniş edib

Tehran–İstanbul reysini yerinə yetirən 116 sərnişinli təyyarə Təbrizdə məcburi eniş edib

Tehrandan İstanbula uçan "Iran Airtour" aviaşirkətinə məxsus 9700 nömrəli reys bu gün, 14 oktyabr, çərşənbə günü saat 18:00-da texniki nasazlıq səbəbindən Təbriz Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Reysdəki 116 sərnişinin hamısı sağ-salamat tranzit salonuna keçirilib.

Təyyarədəki texniki nasazlığın aradan qaldırılması və ya alternativ reysin təşkili üçün tədbirlər görülür. İlkin məlumatda texniki nasazlığın növü barədə təfərrüat açıqlanmayıb.