ArazNews
Ana Səhifə / İran / Xalq Mücahidləri Təşkilatı iddia edir: Tehranda Ejeini tələyə salmaq üçün məhkəmə hakimiyyətinin qərargahına hücum edilib
İran

Xalq Mücahidləri Təşkilatı iddia edir: Tehranda Ejeini tələyə salmaq üçün məhkəmə hakimiyyətinin qərargahına hücum edilib

Xalq Mücahidləri Təşkilatı iddia edir: Tehranda Ejeini tələyə salmaq üçün məhkəmə hakimiyyətinin qərargahına hücum edilib

Xalq Mücahidləri Təşkilatı 24 mehr (16 oktyabr) cümə gecəsi Tehranda məhkəmə hakimiyyətinin qərargahına hücum zamanı təşkilatın bir neçə üzvünün saxlanıldığını iddia edib. Təşkilatın iddiasına görə, toqquşma axşam saat 21 radələrində Kəşavərz bulvarı yaxınlığında, Abdullahzadə küçəsində baş verib. Mücahidlərin üzvləri orada məhkəmə hakimiyyətinin mühafizə əməkdaşları və polis patrulu ilə toqquşublar.

Xalq Mücahidləri Təşkilatının sözlərinə görə, bundan bir neçə saat əvvəl məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni-Ejeinin bu binaya yola düşdüyü barədə məlumat daxil olub. Təşkilat bildirib ki, edam hökmlərinin çıxarılmasına cavab olaraq onu tələyə salmaq üçün üzvlərindən ibarət bir neçə qrup göndərilib.

Mücahidlərin iddiasına görə, üzvlərin bir qismi gecəyarısına qədər təhlükəsizlik qüvvələrinin mühasirəsini yararaq ərazidən qaçıb. Təşkilat saxlanılanların adlarını dəqiqləşdikdən sonra beynəlxalq qurumlara göndərəcəyini açıqlayıb.