ArazNews
Ana Səhifə / İran / Pezeşkian: ABŞ İranda sosial etirazlar yaratmağa çalışır
İran

Pezeşkian: ABŞ İranda sosial etirazlar yaratmağa çalışır

Pezeşkian: ABŞ İranda sosial etirazlar yaratmağa çalışır

İran prezidenti Məsud Pezeşkian Şərqi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşdə bildirib ki, ABŞ İranda sosial etirazların yaranması üçün bütün səylərini səfərbər edib, lakin hökumət Vaşinqtonun onun "məkrli niyyət" adlandırdığı məqsədə çatmasına imkan verməyəcək.

Pezeşkian müharibənin nəticələrinə və xarici təzyiqlərə toxunaraq iddia edib ki, düşmənlərin gözləntilərinin əksinə, son toqquşmalar zamanı İran cəmiyyəti daha da həmrəy olub. O deyib: «Düşmənin başımıza gətirdiyi bütün hadisələrə baxmayaraq, biz ölkə daxilində daha sıx birləşdik».

14-cü hökumətin rəhbəri həmçinin vurğulayıb ki, müxtəlif əyalətlərdə fəaliyyət göstərən rəhbər şəxslərin və kadrların bacarığı Tehranda yerləşən rəsmilərdən geri qalmır və mövcud vəziyyətdən çıxmaq üçün ölkənin bütün bölgələrinin potensialından istifadə olunmalıdır. O əlavə edib ki, İrana qarşı yaradılan məhdudiyyətlərə baxmayaraq, hökumət problemlərin həlli üçün yollar tapmağa, zərurət yaranarsa, yeni həll yolları yaratmağa çalışır.