ArazNews
Ana Səhifə / Bölgə / Türkiyə 2040-cı ilə qədər enerji tələbatının təxminən 70 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi planlaşdırır
Bölgə

Türkiyə 2040-cı ilə qədər enerji tələbatının təxminən 70 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi planlaşdırır

Türkiyə 2040-cı ilə qədər enerji tələbatının təxminən 70 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi planlaşdırır

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Alparslan Bayraktar ölkənin 2040-cı ilə qədər enerji tələbatının təxminən 70 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi planlaşdırdığını açıqlayıb.

Anadolu agentliyinin xəbərinə görə, Bayraktar oktyabrın 20-də, çərşənbə axşamı Ankara Universitetində tədris ilinin açılış mərasimində artan enerji tələbatının ödənilməsini, xarici mənbələrdən asılılığın azaldılmasını və iqlim hədəflərinə nail olunmasını Türkiyənin enerji siyasətinin üç əsas prioriteti kimi qeyd edib.

Nazir günəş, külək, hidroelektrik və geotermal enerjinin inkişafını vurğulayaraq bildirib ki, Türkiyə 2024-2030-cu illərdə enerji səmərəliliyi sahəsinə təxminən 20 milyard dollar sərmayə yatırmağı nəzərdə tutur. Onun sözlərinə görə, hazırda təxminən dörd milyon ev təsərrüfatı ölkədə hasil olunan təbii qazdan istifadə edir və «Osman Qazi» üzən platformasının istifadəyə verilməsi ilə Qara dənizdə təbii qaz hasilatı 2027-ci ildən etibarən iki dəfə artacaq.